ABŞ prezidenti Donald Trump-ın təsviri əks olunan xatirə qızıl pul nişanı federal incəsənət komissiyası tərəfindən təsdiqlənib.
Cashless.az xəbər verir ki, 24 karatlıq qızıl pul nişanı ABŞ-nin iyulun 4-də qeyd olunacaq 250 illik yubileyinə həsr olunur. Pul nişanında Trump-ın masaya söykənmiş yumruqları ilə təsviri yer alıb.
Qərar pul nişanının qanuniliyi ilə bağlı suallar fonunda qəbul olunub. ABŞ qanunlarına görə yaşayan prezidentin milli valyuta üzərində təsvir olunmasına icazə verilmir. Lakin bu pul nişanı maliyyə naziri Scott Bessent-in səlahiyyətləri çərçivəsində xüsusi qızıl pul nişanı kimi buraxılır.
Bildirək ki, Donald Trump ötən il komissiyanın əvvəlki üzvlərini vəzifədən azad edərək onların yerinə özünə yaxın şəxsləri təyin etmişdi.
Qeyd edək ki, indiyədək yalnız Calvin Coolidge prezidentliyi dövründə pul nişanı üzərində təsviri yer alan digər ABŞ prezidenti olub.



