Maliyyə sektorunda Open Finance modelinin inkişafı şirkətlər üçün yeni imkanlar yaradır. Ekspertlərin fikrincə, 2026-cı ildə bizneslər müştərilərə daha fərdiləşdirilmiş xidmətlər təqdim etmək və rəqəmsal maliyyə ekosistemində rəqabət qabiliyyətini artırmaq üçün açıq maliyyə strategiyasını gündəmlərinə daxil etməlidirlər.
Cashless.az xəbər verir ki, “Financial Conduct Authority” (FCA) statistikası göstərir ki, Böyük Britaniyada artıq 16 milyon istifadəçi açıq maliyyə xidmətlərindən yararlanır.
Eyni zamanda “Open Banking Limited” bildirir ki, 750 min kiçik biznes real vaxt rejimində pul axını (cash-flow) barədə məlumat əldə etməklə bu texnologiyadan faydalanır.
Bundan əlavə, FCA məlumatına görə açıq ödənişlərdə illik 53% artım qeydə alınıb. Bu göstəricilər açıq maliyyə sisteminin sürətlə genişləndiyini və bizneslər üçün yeni rəqəmsal xidmət imkanları yaratdığını göstərir.

