Bakıda müxtəlif ölkələrdən startapların investorlar və biznes nümayəndələri qarşısında təqdimat edəcəyi “Demo Day” keçiriləcək.
Tədbir “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Five Continents – 500 Startups” proqramının final mərhələsi çərçivəsində baş tutacaq.
Proqrama 15 ölkədən təxminən 350 startap müraciət edib. Seçim nəticəsində 233 komanda proqramda iştirak hüququ qazanıb, final mərhələsinə isə 70 startap keçib. Finalçılar beynəlxalq mentor və ekspertlərin iştirakı ilə təlim və mentorluq proqramlarından keçiblər.
31 oktyabrda keçiriləcək “Demo Day” zamanı startaplar öz məhsul və həllərini investorlar və biznes nümayəndələri qarşısında təqdim edəcəklər. Layihələr innovativlik, bazar potensialı, komandanın imkanları və məhsulun inkişaf səviyyəsi üzrə qiymətləndiriləcək.
Tədbirin əsas məqsədi startapların investisiya cəlb etməsinə, potensial tərəfdaşlarla əlaqə qurmasına və beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməsinə şərait yaratmaqdır.
“Demo Day” 31 oktyabr 2026-cı ildə SABAH.city-də TEI Forum 2026 ilə eyni vaxtda keçiriləcək.

