ABB və “Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlər üçün təyyarələrdə kartla ödəniş imkanını istifadəyə verib.
Artıq AZAL-a məxsus təyyarələrin göyərtəsində əlavə xidmətlər üzrə ödənişlər ABB POS terminalları vasitəsilə qəbul olunacaq.
Yeni xidmət çərçivəsində sərnişinlər mövcudluqdan asılı olaraq ekonom sinifdə daha rahat oturacaq seçimi, həmçinin biznes və ya premium ekonom xidmət sinfinə keçid üçün ödəniş edə bilərlər.

