ABB-də üç rəhbər təyinatı həyata keçirilib. Mehmet Ali Savaş, Ülvi Qasımov və Fariz Rəhimov bankın Baş direktoru vəzifəsinə təyin ediliblər.
Mehmet Ali Savaş yeni təyinata qədər ABB-nin Rəqəmsal Ofisinə rəhbərlik edib. O, 2020-ci ildən bankda çalışır və ABB mobile, ABB Biz, rəqəmsal satışlar, investisiya xidmətləri və süni intellekt əsaslı bankçılıq həllərinin inkişafında iştirak edib. Savaşın bank və maliyyə sektorunda 15 ildən artıq beynəlxalq təcrübəsi var.
Ülvi Qasımov isə 2024-cü ildən ABB-nin Korporativ və KOS Ofisinin rəhbəri olub. O, daha əvvəl bankın Korporativ Biznes Departamentinə rəhbərlik edib və İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb. Qasımov 2026-cı ildən “ABB Invest” və “ABB Lizinq”in Müşahidə Şurasının üzvüdür.
Fariz Rəhimov yeni təyinata qədər ABB-nin Risk ofisinin rəhbəri olub. O, 2011-ci ildən bankda çalışır və bu müddətdə risklərin idarə edilməsi üzrə müxtəlif rəhbər vəzifələr tutub. Rəhimov həmçinin “ABB Invest”in Müşahidə Şurasının və “Azərikard”ın Audit komitəsinin üzvüdür.
Yeni təyinatlardan sonra ABB-də Baş direktorların sayı 7-yə çatıb. Yeni vəzifələrində Mehmet Ali Savaş, Ülvi Qasımov və Fariz Rəhimova uğurlar arzulayırıq.

