Bankçılıq və ödəniş sistemlərində 15 ildən artıq təcrübəyə malik Alexander Kojevnikov “Multi International LLC” şirkətində Kommersiya direktoru vəzifəsində fəaliyyətə başlayıb.
O, bundan əvvəl Xalq Bank, Compass Plus Technologies, Kapital Bank və digər maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, “Multi International”ın MULTIPAY biznes istiqaməti ATM infrastrukturu, ödəniş terminalları və özünəxidmət bankçılığı üzrə texnoloji həllər təqdim edir.
Alexander Kojevnikova yeni vəzifəsində uğurlar arzulayırıq!

