Azərbaycan Mərkəzi Bankı “Algoritma” MMC-yə icrası məcburi olan göstəriş verib.
Cashless.az xəbər verir ki, göstəriş ödəniş təşkilatları və elektron pul təşkilatları üçün müəyyən edilmiş məcmu kapitalın minimum miqdarına dair tələbin pozulması ilə bağlıdır.
Mərkəzi Bankın məlumatına görə, şirkətə pozuntu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi tapşırılıb.
Qeyd edək ki, məcmu kapital tələbi ödəniş təşkilatları və elektron pul təşkilatlarının maliyyə dayanıqlığı və fəaliyyət risklərinin idarə olunması baxımından əsas prudensial tələblərdən biri hesab olunur.

