Çində süni intellekt vasitəsilə alış-veriş funksiyası sürətlə yayılır.
Cashless.az xəbər verir ki, Alipay-in səsli əmrlə ödəniş imkanı yaradan “AI Pay” funksiyası artıq Alibaba-nın e-ticarət platforması Taobao-da işə salınıb.
Yeni funksiya istifadəçilərə alış-veriş prosesini tamamilə AI köməkçisinə həvalə etməyə imkan verir. İstifadəçi Taobao tətbiqində almaq istədiyi məhsulu AI-yə bildirir. Sistem həmin əməliyyat üçün birdəfəlik ödəniş səlahiyyəti yaradır. Şəxsiyyət təsdiqindən sonra AI məhsulun qiymətini izləyir və müəyyən olunmuş kriteriyaya uyğun sifarişi rəsmiləşdirir.
Alipay-in məlumatına görə, bu ilin fevralında funksiyadan istifadə edənlərin sayı 100 milyonu keçib. Bir həftə ərzində sistem üzərindən 120 milyondan çox tranzaksiya aparılıb. Növbəti mərhələdə funksiyaya nəqliyyat ödənişləri, kommunal xidmət haqları və təkrarlanan sifarişlər əlavə olunacaq.

