Ən böyük elektron ticarət şirkəti olan “Amazon” “American Express” (AMEX) ilə səkkiz ildir davam edən əməkdaşlığına son qoyur.
Cashless.az xəbər verir ki, bildirilir ki, “Amazon” kiçik bizneslərə yönəlmiş iki yeni kredit kartı üçün “U.S. Bank” və “Mastercard” şəbəkəsini seçib.
Məlumata əsasən “Amazon”un kiçik biznes kartlarını “Prime” proqramına daha yaxşı uyğunlaşdırmaq və ödəniş şəbəkəsində daha geniş əhatə əldə etmək istəyi belə bir addım atmağa səbəb olub.
“U.S. Bank” “Amazon”un “Prime” üzvlük proqramına bağlı bir yeni biznes kartını buraxacaq. Bu kart “Prime” üzvlərinə “Amazon” alış-verişlərində 5% geri ödəmə təmin edir. Digər bir biznes kartı isə “Prime” üzvlüyü olmayanlara 3% geri ödəmə təklif edir.
“Amazon” bildirib ki, kiçik biznes kartlarını “American Express”dən “U.S. Bank”a keçirmək avqustun 14-də baş tutacaq. Şirkət əlavə edib ki, kart sahiblərinin mövcud kredit limitləri və faiz dərəcələri keçid zamanı dəyişməyəcək.
Qeyd edək ki, “Amazon” “American Express” ilə birgə əməkdaşlığa 2018-ci ildən başlayıb.

