“Amazon” ABŞ və Kanadada üçüncü tərəf satıcılar üçün 3,5% həcmində yanacaq və logistika əlavə haqqı tətbiq edir.
Cashless.az xəbər verir ki, şirkətin də bildirdiyi kimi artıq beşinci həftəsinə daxil olan İranla bağlı müharibəyə görə yanacaq və logistika xərclərinin artması bütün sektor üzrə əməliyyat xərclərini yüksəldib.
Bildirək ki, satıcılara göndərilən bildirişə əsasən, bu əlavə ödəniş aprelin 17-dən qüvvəyə minəcək.
Xatırladaq ki, böyük daşıyıcı şirkətlər olan “UPS” və “FedEx” də İran müharibəsi başlayandan bəri yanacaq əlavələrini artırıblar.

