Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda rəqəmsal fırıldaqçılıqla mübarizəyə yönəlmiş anti-fraud tənzimləməsi hazırlayır.
Cashless.az xəbər verir ki, bu barədə AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı bildirib.
Onun sözlərinə görə, sənədin hazırlanması prosesi 90 % tamamlanıb və hazırda hüquqi prosedurlar davam edir. “Anti-fraud tənzimləməsi üzərində iş aparılır. Müvafiq mərhələlər başa çatdıqdan sonra sənəd maliyyə sektoru ilə paylaşılacaq”, – deyə Elnur Eyvazlı qeyd edib.
AMB rəsmisi həmçinin bildirib ki, rəqəmsal sektorda istifadəyə verilən yeni xidmətlər istismara buraxılmazdan əvvəl mütləq təhlükəsizlik yoxlamalarından və pen-test prosesindən keçməlidir.

