Cashless.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
AMB-nin açıqlamasına görə, bank müştəri köçürmələrinin və inkasso sərəncamının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərini pozub.
“Banklar haqqında” Qanunun 47-ci maddəsinə əsasən verilən sərəncamda bankdan pozuntuların gələcəkdə təkrarlanmaması üçün daxili nəzarət sistemlərini gücləndirmək və məsul şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görmək tələb olunur.

