Azərbaycan Mərkəzi Bankı (AMB) “E-manat” əmtəə nişanının sahibi olan ödəniş təşkilatı “Modenis” MMC-ni və onun vəzifəli şəxsini cərimələyib.
Cashless.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin iyun və iyul aylarında “Modenis”də həyata keçirilmiş yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
Bununla bağlı şirkət İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinə əsasən 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat cərimə edilib.

