Mərkəzi Bank “Baku Pay” MMC-dən minimum kapital tələbinin pozuntusunu aradan qaldırmağı tələb edir
Cashless.az xəbər verir ki, buna səbəb şirkətin məcmu kapitalının qanunvericiliklə müəyyən edilmiş minimum miqdardan aşağı düşməsi riskidir.
Məlumata görə, “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halı aşkarlanıb.
Göstəriş kapitalın minimum miqdarına dair tələbin pozuntusunun aradan qaldırılmasını nəzərdə tutur. Şirkət həmçinin kapitalın qanunla müəyyən edilmiş həddən aşağı düşməsi riskini öncədən izləməli və vaxtında zəruri tədbirlər görməlidir. Qərar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən qəbul edilib.

