“American Express” (qısa adı, AMEX) artıq şirkətin bir çox sahələrində bura satış, müştəri xidmətləri, informasiya texnologiyaları daxil olmaqla süni intellektdən (AI) istifadə edir.
Cashless.az xəbər verir ki, AMEX-in də təsdiqlədiyi kimi son bir neçə ildə şirkətdaxilində süni intellektin istifadə olunduğu yüzlərlə belə sahə var.
Bildirilir ki, təkcə texnologiyada 10 min mütəxəssis AI-dan istifadə edir ki, bu da kodlaşdırma vaxtını 30%-dən çox azaldır.
Xatırladaq ki, AI-ın bu qədər populyarlıq qazanması, iqtisadiyyatda işsiz qalmaq qorxularını da özü ilə gətirir. Ötən ay “Block” işçi qüvvəsinin 40%-ni, təxminən 4000 işçisi ilə yollarını ayırmışdı. Ötən həftə isə “Meta” açıqlamışdı ki, AI-ya investisiya nəticəsində yüzlərlə işçi ilə yollarını ayıra bilər.

