AniPay mobil tətbiqi və anipay.az saytının fəaliyyəti 03 mart 2026-cı il tarixində dayandırılacaq. Bu barədə istifadəçilərə rəsmi bildiriş təqdim olunub.
Məlumata görə, AniPay-in təqdim etdiyi funksiyalar artıq bankların mobil tətbiqlərinə inteqrasiya edilib. İstifadəçilər müvafiq əməliyyatları banklarının mobil platformaları vasitəsilə həyata keçirə biləcəklər.

