Mərkəzi Bank Ani Ödənişlər Sistemi (AÖS) üzrə tətbiq olunan interçeync tariflərini ödəniş kartları üçün müəyyən edilmiş yuxarı hədlərlə eyniləşdirib.
Yeni yanaşma çərçivəsində emitent və ekvayerlərin maraqları nəzərə alınmaqla, nağdsız ödənişlərin qəbulu ilə bağlı xərclərin optimallaşdırılması, QR kod ödənişlərinin genişlənməsi və hesab əsaslı ödənişlərin tətbiq dairəsinin artırılmasına hədəflənib.
Qeyd edək ki, AÖS üzrə tarif dəyişiklikləri 1 may 2026-cı ildən qüvvəyə minəcək.
AÖS üzrə yeni tariflərlə burada tanış ola bilərsiz: Ani Ödənişlər Sistemi üzrə tətbiq edilən xidmət haqları

