ASAN AI Hub və Digital Umbrella arasında əməkdaşlıq çərçivəsində elan edilmiş ilk çağırışların qalibləri qiymətləndirmə prosesinin yekununda müəyyən edilib.
Cashless.az xəbər verir ki “Aqrar Ticarət Platforması üçün süni intellekt əsaslı ‘İndi al, sonra ödə’ (BNPL) risk qiymətləndirmə və məhsul uyğunlaşdırma sistemi” mövzusu üzrə çağırışın qalibləri Sənan Cəfərov və Xəyal Əhmədov, “YONCA: Süni intellekt əsaslı gündəlik təsərrüfat planlayıcısı – datasız işləyən prototip” çağırışı üzrə isə Zümrüd İsmayılova və Asiman İsmayılova seçiliblər.
İştırakçılar tərəfindən ümumilikdə 17 yeni həll təqdim olunub. Birinci mərhələnin yekunlarına əsasən, hər çağırış üzrə ən yüksək nəticə göstərən 2 iştirakçı sonrakı mərhələyə yüksəlib. Sonuncu mərhələdə isə bütün çağırışlar üzrə qaliblər seçilib.
Qalib komandalar 1000 AZN məbləğində mükafat ilə təltif olunublar.
Cashless.az



