“MilliKart” MMC-də yeni rəhbər təyinatı olub. Şirkətin icraçı direktoru vəzifəsi İlker Hepçormana həvalə edilib.
İlker Hepçorman bundan əvvəl uzun illər Azərbaycan Sənaye Bankında (ASB) çalışıb. O, bankda kart əməliyyatları və sistemlərin inkişafı, strateji planlaşdırma, layihələr və metodologiya istiqamətlərində rəhbər vəzifələr tutub, son olaraq İdarə Heyətinin üzvü olub.
Qeyd edək ki, 2026-cı ilin mayında MilliKartın bir sıra səhmdarları şirkətdəki paylarını ASB-yə satıb. Bunun nəticəsində prosessinq mərkəzinin səhmdarlarının sayı 4-ə düşüb və hazırda MilliKartın səhmdarları Azərbaycan Sənaye Bankı, Azərsun Holdinq, TuranBank və Bank of Baku-dur.

