Azər Türk Bank atb360 mobil tətbiqini yeni dizayn və funksiyalarla yeniləyib. Yenilənmənin əsas yeniliyi ailə üzvlərinin kartlarını və gündəlik xərclərini vahid platformadan idarə etməyə imkan verən “Ailə bankçılığı” funksiyasıdır.
Cashless.az xəbər verir ki, yeni funksiya vasitəsilə istifadəçilər ailə üzvləri üçün kart sifariş edə, xərc limitləri təyin edə, aparılan ödənişləri izləyə və kartları birbaşa mobil tətbiqdən idarə edə bilərlər.
“Ailə bankçılığı” xüsusilə valideynlərə övladlarının kart əməliyyatlarını izləmək və xərclərinə nəzarət etmək imkanı yaradır.
Yenilənmiş atb360 tətbiqində ƏDV-nin geri alınması, AniPay və QR əməliyyatlarının həyata keçirilməsi, eləcə də mövcud depozitlər haqqında məlumatların əldə edilməsi imkanları da təqdim olunur.
Bundan əlavə, müştərilər banka getmədən, birbaşa mobil tətbiq üzərindən onlayn kredit əldə edə bilərlər.

