2026-cı ilin avqust ayında Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 16,2 milyon manat təşkil edib.
Cashless.az-ın Dövlət Statistika Komitəsinin aylıq hesabatları əsasında apardığı hesablamalara görə, avqustda ölkə üzrə ümumi pərakəndə ticarət dövriyyəsi 5,9 milyard manat olub. Bunun cəmi 0,27%-i elektron ticarətin payına düşüb.
Müqayisə üçün, yanvar–iyul aylarında elektron ticarətin ümumi pərakəndə dövriyyədə payı 0,39% təşkil edirdi. Beləliklə, avqust ayında bu göstərici əvvəlki yeddi ayın orta səviyyəsindən aşağı olub.
Ümumilikdə, 2026-cı ilin ilk səkkiz ayında ölkədə pərakəndə elektron ticarət dövriyyəsi 167,3 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,9% artım deməkdir.
Qeyd edək ki, pərakəndə elektron ticarətə internet saytları, mobil tətbiqlər və digər elektron sistemlər vasitəsilə sifariş edilən malların satışı daxildir. Kommunal ödənişlər, pul köçürmələri və digər xidmətlər üzrə onlayn ödənişlər bu göstəriciyə daxil deyil.

