Azərbaycan Fintex Assosiasiyasının növbəti Ümumi Yığıncağı keçirilmişdir.
Cashless.az xəbər verir ki, yığıncaq zamanı mövcud tənzimləyici tələblərin praktiki tətbiqi zamanı yaranan məsələlər, banklar və ödəniş/elektron pul təşkilatları arasında əməkdaşlıq, nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində bazar iştirakçılarının birgə təşəbbüsləri və digər aktual məsələlər müzakirə olunmuşdur.

