Azərbaycanda Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib.
Cashless.az xəbər verir ki, bu haqda Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, məqsəd büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın və operativliyin artırılması, vahid informasiya bazasının formalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərin tətbiqini genişləndirməkdir.
Elektron Büdcə Bələdçisi portalına daxil olmaq üçün “ebudget.maliyye.gov.az“-a keçid etmək lazımdır.

