İllik müqayisədə həm ATM, həm də POS-terminallarda artım qeydə alınıb
Cashless.az xəbər verir ki, AMB mart ayı üzrə ödəniş infrastrukturunun göstəricilərini açıqlayıb
Məlumata görə, 2026-cı ilin mart ayının sonuna Azərbaycanda 3 min 586 ATM və 184 min 391 POS-terminal fəaliyyət göstərir. Bunun 1 min 927 ATM və 114 min 420 POS-terminalı Bakının payına düşür.
İllik müqayisədə ödəniş infrastrukturu genişlənməkdə davam edir. ATM-lərin sayı 6%, POS-terminalların sayı isə 46% artıb.

