Azərbaycan da daxil olmaqla region ölkələrindən olan texnologiya startapları “Astana Hub”ın “Central Eurasia Market Entry” beynəlxalq akselerasiya proqramına müraciət edə bilərlər.
Cashless.az xəbər verir ki, proqram startapların Qazaxıstan bazarına çıxışına və bizneslərini Mərkəzi Avrasiya regionunda genişləndirməsinə dəstək məqsədi daşıyır.
12 həftə davam edəcək proqram “Product-Market Fit” və ya “Scaling” mərhələsində olan startaplar üçün nəzərdə tutulub. İlkin satışları, təsdiqlənmiş bazar tələbatı və ya davamlı böyüməsi olan texnologiya şirkətləri müraciət edə bilərlər.
Seçim nəticəsində 15 beynəlxalq startap proqrama qəbul olunacaq. İştirakçılar beynəlxalq ekspertlərlə işləmək, Qazaxıstanda yerli şirkətlərlə pilot layihələr həyata keçirmək, korporativ tərəfdaşlara və regional startap ekosisteminə çıxış əldə etmək imkanı qazanacaqlar.
Proqram çərçivəsində startaplara “Almaty Hub”da ödənişsiz iş məkanı və hər komandadan iki nümayəndə üçün yaşayış yeri təmin ediləcək.
Proqram “Demo Day” ilə başa çatacaq. Ən yaxşı layihələr “Astana Hub Ventures” tərəfindən əlavə investisiya maliyyələşdirilməsi üçün nəzərdən keçiriləcək.
Müraciətlər 16 avqust 2026-cı il tarixinədək Astana Hub-ın veb səhifəsindən qəbul olunur:

