Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 2026-cı ilin iyun ayının sonunda 22 milyon 797,6 min ədəd olub.
Cashless.az Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə istinadən xəbər verir ki, kartların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artıb.
May ayı ilə müqayisədə isə kartların ümumi sayı 29,3 min ədəd azalıb.
İyun ayının sonunda ölkədə hər 10 nəfərə orta hesabla 22-dən çox ödəniş kartı düşüb. Dövriyyədə olan kartların əsas hissəsini debit kartlar təşkil edib. May ayı ilə müqayisədə debit kartların sayı 10,5 min, kredit kartlarının sayı isə 18,8 min ədəd azalıb.

