2025-ci ildə Azərbaycandan Gürcüstana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 26 milyon 244 min ABŞ dolları təşkil edib.
Cashless.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 41,6% azdır.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən hesabat dövründə Azərbaycandan Gürcüstana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 8,5%-dən 5,2%-ə düşüb.
İl ərzində Gürcüstandan Azərbaycana isə fiziki şəxslər 43 milyon 555 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 23,3% çoxdur.
Hesabat dövründə Gürcüstandan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 3,3%-dən 3,7%-ə çatıb.
Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min pul köçürülüb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,7% çox və 4,1% azdır.

