2025-ci ildə Azərbaycandan Türkiyəyə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 145 milyon 736 min ABŞ dolları təşkil edib.
Cashless.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4% azdır.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən hesabat dövründə Azərbaycandan Türkiyəyə daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı isə 28,8%-dən 28,9%-ə qalxıb.
İl ərzində Türkiyədən Azərbaycana isə fiziki şəxslər 193 milyon 158 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 9,8% çoxdur.
Hesabat dövründə Türkiyədən Azərbaycana daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı isə 16,2%-dən 16,4%-ə qalxıb.
Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7% çox və 4,1% azdır.

