Görüşdə sektorun fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və mövcud qaydaların təkmilləşdirilməsi imkanları müzakirə olunub. Sektor nümayəndələri qanunvericilikdəki mövcud çətinliklərin aradan qaldırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində təkliflər irəli sürüblər.
İşçi Qrupunun fəaliyyəti maliyyə və fintex sektorunun davamlı inkişafının dəstəklənməsinə, innovasiyaların təşviqinə və sektor iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Növbəti mərhələdə irəli sürülən təkliflərin sistemləşdirilməsi, müzakirələrin davam etdirilməsi və müvafiq dövlət qurumlarına təqdim olunması nəzərdə tutulur.

