Azərbaycan Fintex Assosiasiyası (AzFina) və Azericard arasında maliyyə sektorunda skorinq və məlumat əsaslı həllər üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutan memorandum imzalanıb.
Cashless.az xəbər verir ki, memorandum çərçivəsində aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur:
- Skorinq məhsulunun funksional imkanları və potensial istifadə sahələri üzrə fikir mübadiləsi;
- Skorinq və məlumat əsaslı maliyyə həlləri üzrə təcrübə mübadiləsi;
- Məhsulun maliyyə təşkilatlarının ehtiyaclarına uyğun istifadə imkanlarının müzakirəsi;
- Potensial pilot yanaşmaların və əməkdaşlıq modellərinin nəzərdən keçirilməsi;
- Qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə müzakirələrin aparılması.
Bu əməkdaşlıq təşəbbüsü maliyyə sektorunda skorinq həllərinin potensialının araşdırılmasına, təcrübə mübadiləsinin genişləndirilməsinə və innovativ maliyyə həllərinin inkişafı üçün imkanların dəyərləndirilməsinə yönəlib.

