Yeni funksiya istifadəçilərə ticarət və xidmət obyektlərində, POS-terminal və kassa həllərində, həmçinin onlayn mağazalarda yaradılan QR kodları smartfon vasitəsilə skan edərək ödəniş etməyə imkan verir.
Cashless.az xəbər verir ki, yeni funksiya nağdsız ödənişləri kartdan istifadə etmədən həyata keçirməyə imkan verir. Ödəniş mobil tətbiq üzərindən biometrik təsdiq və ya şifrə ilə təsdiqlənir.
AZQR Azərbaycanda QR kod vasitəsilə ödənişlərin vahid standartlar əsasında həyata keçirilməsini təmin edən rəqəmsal ödəniş həllidir..

