Bakı şəhərində avtobus və metrolarda xarici bank kartları ilə də təmassız ödəniş etmək mümkündü.
“K-Group” MMC-nin (BakıKart) Cashless.az-a verdiyi məlumata görə, NFC texnologiyasını dəstəkləyən xarici bank kartları da artıq validatorlar tərəfindən qəbul edilir.
Yenilik əsasən turistlər üçün nəzərdə tutulub. İndiyə qədər sistem yalnız yerli kartlarla işləyirdi. Layihə AYNA, Bakı Metropoliteni və Kapital Bankın iştirakı ilə həyata keçirilib.

