2026-ci ilin fevralında ölkə üzrə fəaliyyət göstərən 22 bankın ümumi bankomat (ATM) sayı 3593 ədəd olub. Bakı şəhəri üzrə bankomat (ATM) sayı 1935 ədəd təşkil edib. Regionlarda ATM sayı isə Bakı ilə müqayisədə daha az 1658 ədəd olub.
Cashless.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına istinadən yazır ki, illik dinamika 235 ədəd çox, yaxud 7% təşkil edib.

