Son iki gündə sosial şəbəkələrdə sərnişinlər bank kartlarından ardıcıl vəsait silinməsindən şikayətlənirlər.
Vətəndaşların əsas narahatlığı odur ki, vəsait avtobus və ya metrodan istifadə etmədikləri günlərdə də silinir. Bu da “səbəbsiz pul çıxılması” və “bank səhvi” iddialarına səbəb olub.
Cashless.az-ın sorğusuna cavab olaraq “BakıKart” MMC-dən bildirilib ki, qeydə alınan hallar nasazlıq deyil.
Şirkətdən verilən məlumata görə, nəqliyyatda ödənişlər gecikmə ilə işləyir deyə, aprelin 24-27-də etdiyiniz gedişlərin pulu indi silinir. Bu, bankdan asılı deyil. Vətəndaşlar bank tətbiqində əməliyyatın tarixinə baxıb hansı günə aid olduğunu görə bilər.

