Sərnişinlər əməliyyatların aid olduğu marşrut və stansiyanı qəbz üzərindən birbaşa müəyyən edə biləcək.
Cashless.az BakıKart-ın mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bank kartı ilə BakıKart ödənişi edən sərnişinlər artıq qəbzdə hansı marşrut və ya metro stansiyasına görə ödəniş etdiklərini görə biləcəklər.
Funksionallıq ödənişləri izləməyi asanlaşdırır. İstifadəçi qəbzə baxaraq əməliyyatın aid olduğu xətti/stansiyanı müəyyən edə bilir.
Qeyd edək ki, yeni imkan Birbank tətbiqində ötən aydan aktivdir. BakıKart bildirir ki, yaxın zamanda digər bank tətbiqlərinə də əlavə olunacaq.

