2026-ci ilin fevral ayına olan məlumata əsasən bankda müştəri hesablarının sayı 56,8 milyon ədədə çatıb. Ötən ilin analoji dövründə isə bu rəqəm 48,5 milyon ədəd olub.
Cashless.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən xəbər verir ki, müştəri hesablarında, cari hesablar, kredit hesabları və depozit hesabları yer alıb.
Müvafiq olaraq 44,7 milyon, 11,4 milyon və 725 min olub. 44,7 milyon ədəd cari hesablar sırasında isə fiziki şəxslərin hesabları 42,7 milyon ədədlə ilk sırada yer alıb.

