Mərkəzi Bank 2026-cı ilin mart ayı üzrə ödəniş kartları ilə aparılan əməliyyatların statistikasını açıqlayıb.
Cashless.az xəbər verir ki, hesabata əsasən, mart ayında kartlarla aparılan əməliyyatların ümumi həcmi 14.06 milyard manat təşkil edib. Bu, fevral ayı ilə müqayisədə 1.86 milyard manat çoxdur.
Dövriyyənin 9.55 milyard manatı nağdsız ödənişlərin payına düşüb. Nağd pul çıxarılması 4.15 milyard manat, ölkəxarici əməliyyatlar isə 350.6 milyon manat olub.
Nağdsız ödənişlər üzrə ən yüksək həcm elektron ticarət əməliyyatlarında qeydə alınıb – 8.29 milyard manat. POS-terminallar vasitəsilə 1.26 milyard manatlıq ödəniş həyata keçirilib.
Mart ayında kartlarla ümumilikdə 260.6 milyon ədəd əməliyyat aparılıb. Ötən ayla müqayisədə əməliyyatların sayı 37.7 milyon ədəd artıb.
Özünəxidmət terminalları vasitəsilə aparılan əməliyyatların həcmi azalıb və 161.6 milyon manat təşkil edib.

