2026-cı ilin fevralında ölkədə bank müştərilərinin ümumi sayı 16,5 milyon nəfərə çatıb.
Cashless.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, təkcə bir ayda artım isə nə az nə çox, düz 108,3 min nəfərdən çox olub.
Məlumata əsasən bank müştəriləri sırasında fiziki şəxslərin sayı yenə də üstünlük təşkil edib – 16,2 milyon nəfər. Geridə qalanlar isə sıra ilə sahibkarlıqla məşğul olanlar və hüquqi şəxslər olub. Müvafiq olaraq 1,057 milyon və 169 min nəfər.

