2026-cı ilin aprel ayından BƏƏ-də banklar yüksək məbləğli əməliyyatlar üçün SMS və e-poçt vasitəsilə göndərilən birdəfəlik şifrələrdən (OTP) tam imtina edir. Kiçik ödənişlərdə bəzi hallarda OTP qala bilər, amma tədricən azalır.
Cashless.az xəbər verir ki, bu proses 2025-ci ilin iyulunda BƏƏ Mərkəzi Bankının göstərişi ilə başlayıb. Müştərilər əməliyyatları bundan sonra yalnız bankların mobil tətbiqləri vasitəsilə təsdiqləyəcək.
Qeyd edək ki, OTP-lər ənənəvi olaraq onlayn ödənişlərdə və rəqəmsal əməliyyatlarda, o cümlədən alış-veriş və QR kod əsaslı ödənişlərdə istifadə olunub.

