Belarusda ölkə tarixində ilk kriptobanklar qeydiyyata alınıb və fəaliyyətə başlayıb.
Cashless.az xəbər verir ki, bu barədə Belarusun Yüksək Texnologiyalar Parkının (YTP) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, YTP-nin Müşahidə Şurasının iclasında kriptobankların fəaliyyəti ilə bağlı dövlət başçısının fərmanının icrası müzakirə olunub. İclasın əsas nəticəsi ilk kriptobankların rəsmi qeydiyyata alınması olub.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında Belarus Prezidenti Aleksandr Lukaşenko kriptobankların yaradılması təşəbbüsünü dəstəkləyərək kriptovalyutaların tətbiq sahəsinin genişləndirilməsinin vacibliyini bildirib.
YTP Belarusda rəqəmsal aktivlərlə əməliyyatların aparılmasına imkan verən xüsusi hüquqi rejimə malik ərazidir.

