Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var.
Cashless.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunlar kart, elektron və universal ödəniş sistemləridir.
Bildirilir ki, dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur. “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Və bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

