AYNA-nın açıqladığı məlumatlara əsasən, sentyabrda portal vasitəsilə 104 minə yaxın onlayn bilet alınıb.
Ümumilikdə, 2026-cı ilin ilk doqquz ayında onlayn bilet satışlarının sayı 941 mini ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
Onlayn biletlərin ümumi satışdakı payı 28%-dən 42%-ə, qabaqcadan alınan biletlərin payı isə 36%-dən 48%-ə yüksəlib.
Avqustun sonu ilə müqayisədə portalda bilet satılan məntəqələrin sayı 58-dən 61-ə, istiqamətlərin sayı isə 95-dən 97-yə çatıb. Sistemə hazırda 379 reys və 426 nəqliyyat vasitəsi qoşulub.

