Avstraliyanın federal məhkəməsi kriptovalyuta platforması “Binance”in yerli törəmə əməliyyatına 6,9 milyon ABŞ dolları məbləğində cərimə tətbiq edib.
Cashless.az xəbər verir ki, bu barədə ölkənin qiymətli kağızlar üzrə tənzimləyicisi məlumat yayıb.
Cərimə “Binance”in Avstraliyadakı müştəri hesablarının qeydiyyat prosesində 85%-dən çoxunu düzgün kateqoriyaya ayırmaması ilə bağlı pozuntulara görə tətbiq olunub.
Qeyd edək ki, qiymətli kağızlar üzrə nəzarət orqanı bu həftə cərimə barədə rəsmi açıqlama yayıb.

