Azərbaycanda POS-terminal şəbəkəsi iyul ayında da genişlənməyə davam edib. Mərkəzi Bankın statistikasına əsasən, terminalların sayı bir ay ərzində 1 993 ədəd artaraq 165 334-ə çatıb.
Diqqətçəkən məqam odur ki, aylıq artım Bakı və regionlar arasında, demək olar, bərabər bölünüb. Bakıda POS-terminal sayı 994, regionlarda isə ümumilikdə 999 ədəd artıb.
Regionlar arasında ən böyük artım Naxçıvanda qeydə alınıb. Burada POS-terminal sayı cəmi bir ayda 276 ədəd yüksəlib. Abşeron-Xızı və Gəncə-Daşkəsən də artımın ən yüksək olduğu iqtisadi rayonlar sırasındadır.
ATM şəbəkəsi isə iyul ayını demək olar ki, dəyişikliksiz başa vurub. Ölkə üzrə ATM sayı cəmi 2 ədəd artaraq 3 593 olub. Bakıda 6 ATM azaldığı halda, regionlarda 8 ATM artıb.

