Cashless.az xəbər verir ki, PAŞA Maliyyə Holdinqi Birmarket-də rəhbər dəyişikliyi edib.
Birmarket-in Baş İcraçı Direktoru vəzifəsinə Lukasz Szczepanski təyin olunub. Elektron ticarət sahəsində 25 ildən artıq təcrübəsi olan Szczepanski Polşanın Allegro şirkətində uzun illər yüksək rəhbər vəzifələrdə çalışıb. Son aylarda Birmarket-də məsləhətçi kimi fəaliyyət göstərib.
Birmarket-ə indiyədək rəhbərlik edən Samir Məmmədov isə Future Lab-ın Baş İcraçı Direktoru təyin edilib. Məmmədov daha əvvəl PashaPay şirkətinə rəhbərlik edib.
Future Lab-ın əvvəlki rəhbəri Fərrux Əliyev isə PAŞA Qrupu daxilində yeni vəzifəyə keçib.

