Bitcoin 70 min dollar səviyyəsindən yuxarıda sabit qalmağa davam edir.
Cashless.az xəbər verir ki, hazırda kriptovalyuta təxminən 70 646 dollar səviyyəsində ticarət olunur.
Bu, həftə ərzində 75 min dollardan geriləməyə baxmayaraq, nisbi dayanıqlılıq kimi qiymətləndirilir. Həftə ərzində bazarlarda satış təzyiqi güclənib. İranla bağlı münaqişənin dərinləşməsi və enerji infrastrukturuna zərərin artması qlobal aktivlərdə enişə səbəb olub. ABŞ-də fevral ayı üzrə istehsal qiymətləri indeksinin (PPI) gözləntilərdən yüksək gəlməsi də bu təzyiqi artırıb.
Ənənəvi təhlükəsiz aktivlər də zəifləyib. Qızıl və gümüş ucuzlaşıb. Bunun fonunda Brent xam neftinin qiyməti təklif problemləri səbəbilə 110 dollardan yuxarı qalxıb.
Eyni zamanda, Mərkəzi Banklar faiz dərəcələrini dəyişməsə də, daha sərt mövqe nümayiş etdirib. Bu isə bazarda faiz endirimi gözləntilərini azaldıb və hətta faiz artımı ehtimalını 8%-dən 24%-ə qədər yüksəldib.

