Bitcoin-in dəyəri müharibədən əvvəlki qiymətindən yüksək qalmağa davam edir. Artım və möhkəmlik isə Yaxın Şərqdə konfilikt və ABŞ-nin İranın Xarq adasına hərbi hücumuna baxmayaraq baş verib. Xarq adası isə İran üçün strateji xam neft ixracı ərazisi kimi tanınır.
Cashless.az xəbər verir ki, hazırda adıçəkilən kriptonun dəyəri 71 min dollar ətrafındadır.
Qeyd edək ki, müharibə başlayandan son 2 həftə ərzində dünyanın ən böyük kriptosunun qiyməti yüksək tendensiya nümayiş etdirir. Son yeddi gündə bitcoin-in qiyməti 4.2%, Ether 5.5% dəyər əldə edib və 2090 dollara çatıb. Dogecoin isə 5% artıb. Bildirək ki, bu həftə bütün əsas kriptoların qiymətində artım dalğası olub. Cümə günü açıqlamasında ABŞ prezidenti Donald Trump bildirib ki, İran Hörmüz boğazında gəmi hərəkətinə mane olarsa, adada neft infrastrukturu da hədəfə çevrilə bilər. Bu açıqlama isə kriptovalyuta bazarında qiymətlərdə yeni dalğalanmalara səbəb olub.

