Kripto birja və kredit platforması “BlockFills” ABŞ-da iflas üçün müraciət edib.
Cashless.az xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, şirkətin aktivləri 50–100 milyon dollar, öhdəlikləri isə 100–500 milyon dollar aralığında qiymətləndirilir.
Şirkət açıqlamasında bildirib ki, bu addım investorlar, müştərilər və kreditorlarla aparılan geniş müzakirələrdən sonra “ən məsuliyyətli seçim” kimi qəbul olunub.
“BlockFills” 2025-ci ildə 61 milyard dollardan çox əməliyyat həcmi qeydə aldığını bildirib. Bu, əvvəlki illə müqayisədə 28% artım deməkdir. Eyni dövrdə platforma 95-dən çox ölkədə 2000-dən artıq institusional müştəriyə xidmət göstərib.
Qeyd edək ki, iflas prosesi şirkətin borclarını yenidən strukturlaşdırmaq, əlavə likvidlik cəlb etmək və gələcək strateji addımları müəyyən etmək imkanlarını müəyyən edəcək.

