Bolqarıstan Avropa İttifaqında biznes əməliyyatları üzrə nisbətən aşağı nağd ödəniş limiti tətbiq edən ölkələr sırasındadır. Hazırda ölkədə bu limit təxminən 5000 avro təşkil edir.
Cashless.az xəbər verir ki, Aİ-nin yeni Anti-Pul Yuyulmasına Qarşı qaydalarına əsasən, 2027-ci ildən etibarən üzv ölkələrdə biznes əməliyyatları üçün maksimum 10 000 avro nağd ödəniş limiti müəyyən ediləcək.
10 000 avrodan yüksək məbləğdə ödənişlər bank vasitəsilə həyata keçirilməli və rəsmi şəkildə qeydiyyata alınmalıdır.
Fiscal Council-in qiymətləndirməsinə görə, Bolqarıstan hökuməti mövcud limiti yenidən nəzərdən keçirərək Aİ standartına uyğunlaşdıra bilər. Bu dəyişiklik şirkətlər üçün əməliyyatları sadələşdirə və digər üzv ölkələrlə biznes münasibətlərini asanlaşdıra bilər.
Nağd ödəniş limitinin artırılması həm də maliyyə əməliyyatlarının daha şəffaf izlənməsinə imkan verir. Şəxsi ödənişlər isə bu qaydadan kənarda qalır.

