Azərbaycanın lisenziyalı ödəniş şirkəti “CIBPAY” MMC nizamnamə kapitalını 200 min manat artıraraq 1 milyon 267 min manata çatdırıb. Bu, şirkətin son iki ayda həyata keçirdiyi ikinci kapital artırımıdır. Qeyd edək ki, noyabrın əvvəlində kapital 20 min manat artırılmışdı. 2022-ci ildə təsis olunan “CIBPAY” “FinDynamix” MMC-yə daxildir. Şirkətə 2024-cü ilin sentyabrında Mərkəzi Bankın verdiyi lisenziya, kredit köçürmələri, ödəniş kartları və ekvayrinq xidmətləri də daxil olmaqla, geniş çeşidli rəqəmsal maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verir
Əvvəlki MəqaləTürkiyənin “Paribu” platforması MENA bazarına daxil olur
Növbəti Məqalə Ölkədaxili fırıldaqçılıq halları kəskin artıb

